Bugün mənə icazə ver Aşım bütün hüdudları Sevgimizə kölgə salan Qovum bütün buludları Bugün mənə icazə ver Qalım səninlə baş başa Bizi tapaq özümüzdən Uzaqlaşa uzaqlaşa Bugün mənə icazə ver Biraz danışdırım səni Biraz acıq verim sənə Yaxım alışdırım səni Bugün mənə icazə ver Deyim ki özlədim səni Sənə elə sarılım ki Özümdə gizlədim səni Sənə elə sarılım ki Özümdə gizlədim səni Bugün mənə icazə ver Yuyum bütün günahları Nəzir deyim qaranlıqa Açılmayan sabahları Bugün mənə icazə ver Yavaş yavaş dadım səni Tutum şirin yalanlara Özümçün aldadım səni Bugün mənə icaxə ver Dizində ağlıyım biraz O bağlanan varaqları Açıb varaqlıyım biraz Bugün mənə icazə ver Səninlə razılaşmıyım Nə sən o xəddi geçginən Nə mən o həddi aşmıyım Nə sən o xəddi geçginən Nə mən o həddi aşmıyım