Səndən uzaqlarda ömür gün yaşamaq, sən demə heç gün deyil Kimsə nə səndən mənə doğma, nədə səndən mənə üstün deyil Görmədən ölmək səni, olmaz mənə əlbətdə ki, mümkün deyil Ortada hər şaiyəyə, hər söhbətə son qoymaq üçün gəlmişəm Sevgilim aç qollarını, həsrətə son qoymaq üçün gəlmişəm Dərdə, qəmə, nisgilə həm möhnətə son qoymaq üçün gəlmişəm Gəlməmişəm gözlərinin yaşını seyr etmək üçün sevgilim Səndən uzaqlarda keçən qürbətə son qoymaq üçün gəlmişəm Mən səni ağlatmaq üçün gəlmədim Göz yaşını silmək üçün gəlmişəm Qəlbini ovcumda tutub hər səhər Göylərə yüksəltmək üçün gəlmişəm Min günah içində boğulan qəlbimə Birdə nəfəs vermək üçün gəlmişəm Bu qatı zülmətdə xilas yolları Mən qapını sərmək üçün gəlmişəm Olmaya kaş ortada bir səhv, nə də əngəl çıxaq aydınlığa Gəl bu qaranlıqları qoyma mat-məəttəl, çıxaq aydınlığa Heçnə düşünmə daha yum gözlərini, gəl çıxaq aydınlığa Həm bu qaranlıqlara, həm zülmətə son qoymaq üçün gəlmişəm