Bütün hər şeyi biz necə unuda bilərik? Axı necə yenə də ayrılığı seçərik? Görə bilə bilmərsən heç özləmimi Özümə yaxın edə bilmərəm özgəsini Sevdim öz-özümə Necə gəlim özümə? Unuda bilmirəm Qapılıram yenə hüznə Dedi: "Etmə, sən belə" "Bizi yox hesab elə" Niyə sahib çıxmadın heç sözünə? Bütün hər şeyi necə belə bir anda yox edə bilərsən? Unuda bilər bütün olanları, o unuda bilər Axı necə? Bütün hər şeyi necə belə bir anda yox edə bilərsən? Unuda bilər bütün olanları, o unuda bilər Axı necə? Bütün verdiyin vədləri necə unuda bilərsən? Bu qədər xatirələrimizi yox edirsən Bizi necə silərsən? Bəzən düşünürəm Səbəbsiz yerə bunu bizə niyə edirsən? Bir də sevmərəm heç vaxt Qəbul etmərəm, heç vaxt Əgər dönərsən Bütün hər şeyi necə belə bir anda yox edə bilərsən? Unuda bilər bütün olanları, o unuda bilər Axı necə? Bütün hər şeyi necə belə bir anda yox edə bilərsən? Unuda bilər bütün olanları, o unuda bilər Axı necə?