Bir gecə yadına düşəndə anlayacaqsan İllərin əfvi yox İllərin əfvi yox Üzmüşəm əlimi yağış səsindən Daha gün çıxmır yağışdan sonra Kirayə bir evin pəncərəsindən Səni sevmək olmur bu yaşdan sonra Hələ də özünü xatırladırsan Hələ də yerin yanımda boş Həminki küçə həminki pəncərə Yenə necə yorğun yenə sərxoş Səni yaşadır xatirələr Məni yaşadır bir sevdalı xəyal Bizdən elə bir bir ömür keçib Sən kirlənmə, sən belə qal Yorğun adamlar sağım solum Rəngsiz ömürlər keçib yanımdan Soyuq, içi tənhalıqla dolu Daşlar, dəmirlər keçib yanımdan Ömür də keçir bu adamlar kimi Zaman uduzur bizə yavaş yavaş Üzün, gözün çıxır ağlımdan Unuduram səni də yavaş yavaş Bir gecə yadına düşəndə anlayacaqsan İllərin əfvi yox İllərin əfvi yox Yadına düşəndə anlayacaqsan İllərin əfvi yox İllərin əfvi yox Köhnə bir impala köhnə bir yol Necə qoymuşdum hər şey eyni Fırlanır təkərlər səslənir motor Yandırıb siqaret açıram teyp'i Günəş batır hava qaralır Elə bil bürüyür kölgən yolumu (Elə bil bürüyür kölgən yolumu) Elə bil Adəm səndən qovulur Səni belə xatırlayacam mən Köhnə bir mahnı, yarım hekayə Sən uşaqlığım, indi böyümüşəm Sən evim idin, indi kirayə Biz uduzduq bitdi müharibə Mən də yoruldum qurtardı güllə Elə bil dağılır körpülər, yollar Vermir daha sənin ətrini güllər Bir gecə yadına düşəndə anlayacaqsan İllərin əfvi yox İllərin əfvi yox Yadına düşəndə anlayacaqsan İllərin əfvi yox İllərin əfvi yox Ig: prvz34