Kishore Kumar Hits

L-Mir - Həmən Oğlanam Mən текст песни

Исполнитель: L-Mir

альбом: Həmən Oğlanam Mən


Həmən oğlanam mən, dərd nədir bilməzdim
Sayıb eləmirdim neçə yaxşı günüm olub
Həmən oğlanam mən, yaxşılığı itirməzdim
İstənilən vəziyyətdə də həmişə bir üzüm olub
Həmən oğlanam mən, sevgiyə çox inanmışam
Olmuşam həm deyib gülən idim, həm də hörmət saxlayan
Həmən oğlanam mən, sadəcə indi olmuşam
Mən də sənin kimi ailəm üçün gün ağlayan
Çox dəyişmisən dedilər bu son illər ərzində
Böyük bir fərq hiss olunur sənin həyat tərzində
Var soyuqluq səsində, təmiz qısa olub danışığın
Başqaların işinə də yoxdur heç bir qarışığın
Yeni maşın, əyin-başın, bir də gözəl ətir
Bahalı yerlərdə otur, dur hesabımızı gətir
Heç yaxşı olmadı, hə? Pul maşında qaldı, hə?
Üstündə dollardı, hə? Sən verəcəkdin, hə?
Əşi, çox adam var ki, indi onlara özgə gəlirəm
Daha eşitmirlər məndən heç, gözlə gəlirəm
Gözünüzdə görünsək də tam başqa cür indi
Adımız küçələrdə divarları çox bəzədi
Yaşadığımız həyat köhnə nağıldı, guya daha
Biz yemirik un baha, yağ baha, ət baha
İndi bu sözləri məndən eşidib səhv salmayın həmən
Exo ver, exo ver, bax, həmən oğlanam mən
Zəmanə dəyişib, muqisi dəyişib
Fikirlər dəyişib, şəhər çox dəyişib
Maraqlar dəyişib, zövqlər dəyişib
Xose nömrən dəyişib? Qafiyə ilişib
İstəmədim oxşayım hər kəsə
(Bir dəfə də) Girmədim qırmızı lentləri kəsə-kəsə
Girdim çox böyük yük altına
Nifrət etdim gümüşə, altına
Üç dəfə on bir, bir dəfə yarısı
Qalıb həyatın ağı, yeyilib sarısı
Hələ bu harası?
Hamını beynində maliyyə havası
Görən də deyir heç dəyişmədin
Tanındın, amma şişmədin
Boşluq verdim ara-sıra ki
Nəfslə sonacan döyüşmədim
Mən hamı deyiləm ha! Mən xam da deyiləm
Bilirəm hansı sözü deyirəm lap feillə
Və isimlə, cisimlə, partlama hissimlə
Öyrənmədin seçməyi yaxşısını pisindən
Bəlkə də hər işimizi fələk salır düyünə
Satdıq ürək dediyini gözlərin gördüyünə
Həmən oğlanam mən, həmən oğlan gündəm
Amma indi tamam başqa şeyə verirəm önəm
Zəmanə dəyişib, muqisi dəyişib
Fikirlər dəyişib, şəhər çox dəyişib
Maraqlar dəyişib, zövqlər dəyişib
Xose nömrən dəyişib? Qafiyə ilişib
Həmən oğlanam mən, dərd nədir bilməzdim
Sayıb eləmirdim neçə yaxşı günüm olub
Həmən oğlanam mən, yaxşılığı itirməzdim
İstənilən vəziyyətdə də həmişə bir üzüm olub
Həmən oğlanam mən, sevgiyə çox inanmışam
Olmuşam həm deyib gülən idim, həm də hörmət saxlayan
Həmən oğlanam mən, sadəcə indi olmuşam
Mən də sənin kimi ailəm üçün gün ağlayan
Həmən oğlanam mən qələmim qızıldan
Tutduğum yol dəyişməyib, bəlkə azca kövrəlmişəm
Həmən oğlanam mən, başlasam da sıfırdan
Siz görmək istədiyinizi görə-görə gəlmişəm

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители

Tibu

Исполнитель

RIO

Исполнитель

Xpert

Исполнитель

Amina

Исполнитель

RG

Исполнитель

Uran

Исполнитель

OGB

Исполнитель