Kishore Kumar Hits

Rashid Behbudov - Bahar Sənsiz текст песни

Исполнитель: Rashid Behbudov

альбом: Bahar Sənsiz


Səni qəlbimdə, gəzdirib hər an
Eşqimiz bilməsin, dedim, hicran
Ala gözlü yarım mənimkisən, bildin?
Sənin eşqindən, ay aman, ağladım-güldüm, ağladım-güldüm
Gülə bilməz, gülüm, bahar sənsiz
Ürəyim od tutub, yanar sənsiz

Gülə bilməz, gülüm, bahar sənsiz
Ürəyim od tutub, yanar, yanar sənsiz, gülüm sənsiz

Gördüm o xurşidi-hüsnün ixtiyarım qalmadı
Sayə tək bir yerdə durmağa qərarım qalmadı

Ay Füzuli el qəm o əqyarin oldu yar üçün
Suzi dildən qeyri bir dilsuz yarım qalmadı
Əman, əman, əman, əman
Yarım əman, əman, yarım, qalmadı
Dönmərəm heç sözümdən, ey canan
Getmə bir an gözümdən, ey canan
Səndən ilham alar mənim könlüm
Məni səndən, inan gözəlim, ayırmaz ölüm, ayırmaz ölüm
Gülə bilməz, gülüm, bahar sənsiz
Ürəyim od tutub, yanar sənsiz

Gülə bilməz, gülüm, bahar sənsiz
Ürəyim od tutub, yanar, yanar sənsiz, gülüm, sənsiz
Ürəyim od tutub, yanar, yanar sənsiz, gülüm, sənsiz

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители