Xəzərinin sinəsi gah zil, gah da bəm olur Yarpaqları güllərin, niyə hərdən mən olur? Səndən ayrı düşəndə sinəm dolu qəm olur Qucağında Xəzərin, yatıb dincələn Bakı Qarı çiskin yağışı əyri köndələn Bakı Qucağında Xəzərin, yatıb dincələn Bakı Qarı çiskin yağışı əyri köndələn Bakı Hələ neçə küçəndə güllər dəstələnməyib Hələ neçə nəğmənin xalı bəstələnməyib Yüz il ömür sürəydim, bir gün xəstələnməyib Yüz il ömür sürəydim, bir gün xəstələnməyib Yazaydım, yaradaydım şah nəğməni mən, Bakı Oxuyaydım hər yanda səni ürəkdən, Bakı Yazaydım, yaradaydım şah nəğməni mən, Bakı Oxuyaydım hər yerdə, hər yanda, səni ürəkdən, Bakı Səni əzizim, Bakı