Sən gedəli qəlbimə daş bağlamışam İntizarın illərimi aldı mənim Kaş ki, biləydin nə qədər ağlamışam Hər dəfə yollarda gözüm qaldı mənim Kaş ki, biləydin nə qədər ağlamışam Hər dəfə yollarda gözüm qaldı mənim Bəlkə də heç gəlməyəcəksən bu gecə Bəlkə də yollarda hədər gözləyirəm Hər kəsin öz yarı gəlir kama çatır Bir mənəm illərdir xəbər gözləyirəm Ruhumu izlər gecələr kölgə kimi Bir də səni görməməyin şübhələri Bəlkə də heç olmadı əvvəlki kimi Yığmışam üst-üstə yenə bəlkə-ləri Bəlkə də heç olmadı əvvəlki kimi Yığmışam üst-üstə yenə bəlkə-ləri Bəlkə də heç gəlməyəcəksən bu gecə Bəlkə də yollarda hədər gözləyirəm Hər kəsin öz yarı gəlir kama çatır Bir mənəm illərdir xəbər gözləyirəm Həsrətin axır ki, məni çəkdi dara Könlüm olubdur qara zülfün əsiri Sən də gəl insafa bir, axtar bir ara Bəlkə ölür səndən ötrü burda biri Sən də gəl insafa bir, axtar bir ara Bəlkə sənin üçün darıxır burda biri Bəlkə də heç gəlməyəcəksən bu gecə Bəlkə də yollarda hədər gözləyirəm Hər kəsin öz yarı gəlir kama çatır Bir mənəm illərdir xəbər gözləyirəm Bir mənəm illərdir xəbər gözləyirəm