Xatirələr oyatdı pəncərə nəyə görə Hər şey başladı pəncərədən əvvəlcədən Adi kəlmədən, daha nədən Gəlməkdən, getməkdən Məhəllə, məktəbdən Bir yerdə, hə, gizlicə gəzməkdən İlk sevgi, məhəbbət beləcə yarandı Bu tale, qismət gecədən qaradı O bilmədi nədən başladı soyuqluq Gün gəldi, gorüşlər kəsildi, bir yolluq Qalsa da sevdiyi uşaqlıq illərində Yaşadı sevgisi ürəyində, dərində Bir gündə o qaldı yalqız Fikrində yalnız o qız, o qız Ay məni məndən alıb gedən Dərdləri dərdə salıb gedən Ləzzəti çörəyimdə, ağrısı kürəyimdə Həsrəti ürəyimdə qalıb gedən Ləzzəti çörəyimdə, ağrısı kürəyimdə Həsrəti ürəyimdə qalıb gedən Gecə çatdı səhərə Laylay dedim şəhərə Açılmadı bir kərə Pəncərən, pəncərən, pəncərən Pəncərən, pəncərən, pəncərən Var bu məhəbbətin davamı Pəncərənin o yanı qız olan yanı Yağışlar cizgilərdi dünyanı o qız Yenə pəncərədə göründü Kənardan adicə görüntü Əslində xəstəlik, üzüntü Həkimlər deyirdi şəfasız Oğlan düşünürdü vəfasız Pəncərədə görüşdü onun baxışları Pəncərədə öpüşdü onun baxışları Pəncərəyə düzdü naxışları Gözündən süzülən yağışları Çalışdı yarından olsun uzaq Səbəbi o qıza bəllidir ancaq Bu sevgi naminə ayrılsaq açma Pəncərəni açmaq uçmaq Bir daha gəldim o yerlərə Tanış küçə, tanış pəncərə Bir ömür yaşayaydıq Bir günlük qovuşaydıq Bir anlıq qayıdaydıq o illərə Bir ömür yaşayaydıq Bir günlük qovuşaydıq Bir anlıq qayıdaydıq o illərə Gecə çatdı səhərə Laylay dedim şəhərə Açılmadı bir kərə Pəncərən, pəncərən, pəncərən Pəncərən, pəncərən, pəncərən Son nöqtəyə yaxınlaşmaq Olmamaq qorxusunu aşmaq Əziyyətlə rahatlaşmaq Zülmdən zülmətə bir anlıq uçuş Payızın xəzan nəfəsi Yolu qısaltmaq həvəsi Ömrün sonuncu qəfəsi Möhlətdən qismətə bir anlıq uçuş Nə acizlik, nə igidlik Həm ölülük, həm dirilik Bir bilirikmi, bilmirik Cəhlətdən cənnətə bir anlıq uçuş Cəhlətdən cənnətə Bəlkədən? Əlbətə Birinci son dəfə Xəlvətdən xəlvətə Eyvandan həyətə bir anlıq uçuş Sürünməkdün qurtuluş Gecə çatdı səhərə Laylay dedim şəhərə Açılmadı bir kərə Pəncərən, pəncərən, pəncərən Pəncərən, pəncərən, pəncərən Pəncərən, pəncərən, pəncərən Pəncərən, pəncərən, pəncərən