Kishore Kumar Hits

Dəyirman - Bacı текст песни

Исполнитель: Dəyirman

альбом: Gözümüz Sözdür


Salam, bacım, canım, başım
Darıxıb yaman səndən ötrü qardaşın
Gözyaşımdır bu vərəqlərdəki izlər
Zülmətədən qayıdır mənə ötən illər
Deyirlər silər zaman bütün yaraları
Yeniliyin talaşı doldurar araları
Ötən anları fəqət
Unutmadım mən,oxu bacı məktubumu
Bu mənim dövrəm
Matəm, yadındamı 1992
Nə qədər kədər nə qədər ki
Şuşa getdi, o dəhşətli anda
Ata, ana məzarı daha oyananda
Qarlı yollarda
Qaldı izimiz
Bir önə, bir addım uzaqda
Evimiz, əziz bacı
Sən və mən, kimsəsiz
Bu qanunsuz dünyada ikimiz
Bakıya doğru, Bakıya doğru, Bakıya
(Sən Bakıya idin qısa səni çəksə də geriyə)
Kirayə bir ev gözlə, bacı savaşacağam
Könüllü gedib, bilmədim ki
Qayıdacağam mən, bacı açacağam sənə indi sirrimi
Azyaşlılığım deyildi deməyimin səbəbi
Pis xəbəri mən öyrəndim mən orada
Xərçəngin qısqacları sancılmışdı qanıma
Ağlama, bacı, yalvarıram, ağlama
Söz vermişdim anaya, səni qorumağa
Moskvaya-şimala apardı məni qatar
Zəhmətimin qiyməti səni mənsiz qoruyar
Aylar,illər hicran necə də acı
Çil qarasında bitən çiçək idin sən bacı
Sancı ardınca sancı əqrəblər dönür
Vətənə də alışan ürək qürbətdə sönür
İki saatlıq uçuş, Moskva-Bakı
Dönəndə geri şəhər bağışlayıb sanki
Xarici rəngi çəkir özünə mərkəz
Sən və mən, bacı, burada iki yad nəfəs
Tərs baxışlar gözlərdə, alışar
Bilmədim ki, bu cür bizlərə də qarışar
Yaşadar zaman, çox zor unudacaq
Səni iyanə görən o iki oğraş
Əlimdəki bıçaq on iki açıb yara
Arxadan zərbə, hər tərəf oldu qara
Bayıldakı qala, bacı, ağlama
Ana tez-tez gəlir yuxularıma, mama
Qırma qəlbimi, bacı, uzat əlini
Əlimdəki kəsiklər söyləyər dərdimi
Qoy səni izləməsin ölümün ətri
Uzaqda saxla intihar kürrəni
Daha arxada həyat adlı məsafə
Öndə dünyaları ayıran pərdə
Bu səfərdə nə itən, nə tapılan
Gizlisi aşkar, doğrusu yalan
O yanda qalan təlaş, bu yandakı aram
Artıq yerə yox, yerə toxunur daban
Son an
Gözümdə duran sualları
Qanla yazılan məktubları
Qara buludları külək nə vaxt qovacaq?
Bayraqdan don tikən kişimi adlanacaq?
Düşmənə açar qucaq keçmişi unudan
Qurbanlar hədər olar, o zaman, o an
İlan sifətli insanlardır yollarda
İlan niyyətli əməllər ortada
Əlvida, gəldim yolun sonuna
Mən gedirəm, bacı, ağlama

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Qurd

2001 · альбом

Похожие исполнители

RIO

Исполнитель

Xpert

Исполнитель

RG

Исполнитель

Uran

Исполнитель

RAST

Исполнитель