Gözlərimin qarasıydı Ürəyimin parasıydı Mən tək qalanda Heç demədin: "Hara getdin?" Heç demədin: "Kimə qaldın?" Mən tək qalanda Gözəlliyə uyan çoxdur Ürəyə qulaq asan yoxdur Aman, acı şərab dostum oldu! Sərxoş yolu gedən oldum Mən tək qalanda Vallah, yanıram, a dostlar Yanıram Mən tək qalanda Qızımız balacaydı Bir yaşı tamam oldu Biz tək qalanda Gecəyarısı gedən oldun Sənsiz bizə çətin oldu Biz tək qalanda Balaca ürək döyünürdü Bağrıma basıb söyünürdüm, aman Dedim, evim talan oldu Xoş xəbərə həsrət oldum Mən tək qalanda Vallah, yanıram, a dağlar Yanıram Mən tək qalanda ♪ İllər ötüb keçən oldu Qızımızın toyu oldu Sən tək qalanda ♪ Məclis deyib gülən oldu Dost-tanışdan uzaq oldun Sən tək qalanda Gözlərimin qarasıydı Ürəyimin parasıydın Mənə yaman baxan oldun Birdən durub gedən oldun Sən tək qalanda Vallah, yanırsan Bilirəm, yanırsan Sən tək qalanda Tövbə, yanırsan Yanırsan Sən tək qalanda