Burax aşağı başı aşağı Rüşvət alan oğraşları Canımıza daraşanın Bax aşarıq daş hasarını O dünyanı başa salan Bu dünyanı başa sarın Bitirin bu tamaşanı Həqiqəti paylaşarıq Qidaların qarışığı Ana südü qaşıqdadır Kimə açar qucağını Döyən ata uşağını Oyun sizin həyatınız Oyun deyil, bu söz həyatı Götün çatır çöz həyatı Gözucu-gözucu baxanların öz həyatı Baxma sözə gözəyarı Söz mənim beynim Söz mənim əl-ayağım Hər məni dinləyənlər Deyil mənə hələ yaxın Duz-çörəyi kəsin, kəsin Kəsməyəni kəsin, atın Sürürük öz ömrümüzü Minmirik biz özgə atını Şansımıza kölgə salır Uğurumuz gözə batır Doğruluğa gücün Nə də dostluğa pulun çatmır Etibarı almaq olmur sözlə satın Gözlə, çatım! Ətin ayağı sürüşkənin Şiş saxlamır, közə atır Söz qulağa yatır, necə Göz oxşayır gözəl qadın Üzü qara güzəranın Yanlış halda düz aranır Görmüş üçün badə qaldır Görməmişə süz arağı Səhər mehi, sübh çağı Səbuhini Saybu çağır Çörək dalınca qaçanın Can alır çörək bıçağı Görünməz ucu-bucağı Ucalaq, görək uzağı Sevgi sevmir gözü koru Kor görmür düzbucağı Dərs olursa, güc alırıq Görmə bizi yükü ağır Düzü düzdən soruşarlar Bicliyə tülkü baxır Dünən başqa düşündürür Sabahı bu günkü ağlım Sevənlərim, doğmalarım Yaxınlarım həm həmkarım Yalnız kütlə ola bilər Sənətkarın tələbkarı Siz istəyin, mən də yazım Söz, söz! Siz istəyin, mən də yazım Söz, söz! Siz istəyin, mən də yazım Söz, söz!