Azərbaycanı tərk edərkən Keçirtdiyim hisslər haqqında Səmaya doğru gedir xəyallar (xəyallar) Aradabir sualtı qayalar (qayalar) Oralar mənə xain olarsa (olarsa) Yolumu açıq et, ay Allah (ay Allah) Görmürdüm neçə vaxtdır üzünü (üzünü) Onun qoynunda açdım gözümü (gözümü) Keçilən yollar dərs sayılar Yolumu açıq et, ay Allah Getmək istəmirdim, inan ki Deyiləm əvvəlki Uran kimi Sarılıb boğaza ilan kimi Nəsə saxlayır məni tərk edərkən ölkəni Elə bil kölgə qopur bədəndən Hava limanında kədərli Fikirlər - uzaq uçan o çağlar Köhnə günlərim, köhnə uşaqlar Ağacından ayrı düşən toxum mənəm Azlığından əziyyət çəkən çoxun mənəm Küləyinlə, dənizinlə toxun mənə Doğmadır qoxun mənə, küçələrin yaxın mənə, ey vətən! Dadın qalıb damağımda Uçuş qabağı göz yaşı yanağımda Gəlmişdim təəssürat sorağı ilə Geri dönürəm mən keçib həyat sınağından! Səmaya doğru gedir xəyallar (xəyallar) Aradabir sualtı qayalar (qayalar) Oralar mənə xain olarsa (olarsa) Yolumu açıq et, ay Allah (açıq et) Görmürdüm neçə vaxtdır üzünü (üzünü) Onun qoynunda açdım gözümü (gözümü) Keçilən yollar dərs sayılar (ah) Yolumu açıq et, ay Allah Səyyahtək çıxsam da uzun yola (uzun yola) Özü də, həqiqət axtarışım uzun ola (uzun ola) Yenə də ruhum dönəcək hüzuruna (hüzuruna) Çün məzaradək şərikəm azarına Mən! Nəyi gördüm, nələr qaldı xatirimdə? Gördüm bayraq asılmış hər tinində Gördüm gecə-gündüz işləyən ataları Gördüm addımbaşı şəhid fotoların! Gördüm xeyirlə şərin bir gəlişini Gördüm böyük xalqın yaranış, dirçəlişini Gördüm görünməz tərəfini aysberqin Dəyişiklik az da olsa amma ki, var yəqin Az qızındım ata yurdun ocağına İstədim körpə olum dönüm ana qucağına İndi getməliyəm ardınca macəranın Baxıb yumuru pəncərədən deyirəm "xoşca qalın"! Hələlik! Səmaya doğru gedir xəyallar (xəyallar) Aradabir sualtı qayalar (qayalar) Oralar mənə xain olarsa (olarsa) Yolumu açıq et, ay Allah (açıq et) Görmürdüm neçə vaxtdır üzünü (mən üzünü) Onun qoynunda açdım gözümü (mən gözümü) Keçilən yollar dərs sayılar (ah) Yolumu açıq et, ay Allah Yolumu açıq et İradəmi möhkəm et Mənə səbir ver