Nə köhnə biz qalıb artıq, nə kölgə iz salır üzdə Nə körpə bir baxışın yadıma düşür, nə də ki, o gözlər Nə incə əllərin isidir, nə yazın yazıma bir izdir Nə həmin küçədəyəm indi, nə yolun döngəsi bizlik Nə gedən gəlmədi heç, nə də biz gözləmdik Nə gedən gəlmək istədi, nə də biz "gəlmə" dedik Nə qədir bilən olduq, nə bilmək istəmədik Nə qədər düzünü yazdı, nə də biz "düzdür" dedik "Nə gözəl üzdü" dedik söz gölündə öz gəmimiz Nə özəl günlər idi, sən və təmiz xatirəmiz Nə sətirlər düzüldü keçib içərdə qəlbə səlis Nə liman gözümə dəyir, nə dəniz eyni dəniz Nə əlin duzudur indi, nə evin ocağı yanır Nə evin bərəkəti var, nə evin çörəyi qalıb Nə xeyrin gecəsidir bu, nə şərin gündüzü nur Nə ərin salam-ını alır yar, nə yarın sağol-u qalıb Nə ətirli zərflər qoxur onuntək, əlləritək Nə əllərin öyrəşər başqa bir ələ mənim əlimtək Nə qədər yazsa yazarlar, yaza bilməz mənimtək Nə yalanlar danışdıq bir-birimizə ölkəmiztək Nə çayın dadı qalıb indi, nə şüşəyə dəyən yağışın Nə fəsillər dəyişdi, nə də o son baxışın Nə otaq sən qoxur indi, nə də yeri doldu balışın Nə ağlasam, olmur indi, nə gülmək mənə yaraşır Nə sənlə olmadıq biz, nə də səndən olmadı Nə xeyirlisi oldun, nə də səndən olmadı Nə desəm, olmadı heç, nə dedin, olmadı ki? Nə "özünə yaxşı bax" dedin, nə də mən baxa bilmədim Nə sən başımda durdun, nə də mən xəstələndim Nə biz bir araya gəldik, nə də güllər dəstələndi Nə ömürlük mənə qaldı imzanda dəsti xəttin Nə deyim, kimə səndən danışım?! Bu da qara bəxtim Nələr aldı səni məndən? Nələr apardı? Nələr ayırdı? Nə getdin gedən kimi Nə də qalmadın Niyə qalmadın axı? Nələr aldı səni məndən? Nələr apardı? Nələr ayırdı? Nə getdin gedən kimi Nə də qalmadın Niyə qalmadın axı? Nələr aldı səni məndən? Nə getdin gedən kimi Niyə qalmadın axı? Nələr aldı səni məndən? Nələr apardı? Nələr ayırdı? Nə getdin gedən kimi Nə də qalmadın Niyə qalmadın axı? Nələr aldı səni məndən? Nələr apardı? Nələr ayırdı? Nə getdin gedən kimi Nə də qalmadın Niyə qalmadın axı?