Oyanıb ayrı şəhərlərdə Yazarıq bir-birimizə hərdən Reallıqdan uzaq cütlük Düşünüb ayrılarıq yerdən Qısa SMS-lərdəki hərflərlə təmas edərik Zənglə darıxmaqdan da xilas edərik Hər kəsi, hər kəsi silib həyatımızdan Onu ən əsas edərik Cüt yataqda bir yeri ona ayırıb Dar-darısqal yatmaqdır bu Daxili səsinə çevirib səsini Heç kim olmayanda da danışmaqdır bu Bacarmadığın işləri yenidən başlayıb Öz-özünlə yarışmaqdır bu Həyat adlanan qısa oyunda Eşq adlanan alovla alışmaqdır bu İki kəs birləşir, yəni bir olur Hər şey dəyişir rəngini Ürəklər də vurur ayrı ritmlə Nəfəs də dəyişir ahəngini İki kəs birləşir yəni bir olur Hər şey dəyişir rəngini Ürəklər də vurur ayrı ritmlə Gözləyirəm zəngini Hər bir saniyə il kimi Sən uzaqsansa Mesajlarla duymaq olmur ətrini Yoxdur maneə, biz ikimiz Şəhərləri aşıb qovuşarıq Gəl, həsrət bitirməmiş məni Hər bir saniyə il kimi Sən uzaqsansa Mesajlarla duymaq olmur ətrini Yoxdur maneə, biz ikimiz Şəhərləri aşıb qovuşarıq Gəl, həsrət bitirməmiş məni Düşünüb hər dəfə yenidən Cızıb beyində görüş məqamını Bilirəm görüşəndə unudub hər şeyi Sarılacam qucağına Məni dəli edir xəyalların Xəyalların uzaqdan-uzağa Səni düşünə-düşünə Düşmən kəsilmişəm yatağa Yat-qalx, ətrin ağlımda Sənə yazacağım sətrim ağlımda İstə, istədiyini gətirim ağlımla Təki yanımda ol, toxuna bilim Mənə demə, istəyirsən məni fiziki Biz çoxdan bir ruh, bədənimiz iki Ağlıma hakim kəsilib bu fikir Kaş qucağında yox ola bilim Gəl, kəsilir nəfəsim, daralır otağım, uzun günlər Mən özümü itirmişəm, səni, səni fikirləşərkən Sən tək mənasısan həyatın Həyatım həyatından asılı Və bu sətirlər Tək sənə yazılır Oxuduğum nəğmələrsən sən Cızılar şəklin sətirlərimlə Mənə güllər bağışlayırdın Səni tapıram ətirlərində Hər bir saniyə il kimi Sən uzaqsansa Mesajlarla duymaq olmur ətrini Yoxdur maneə, biz ikimiz Şəhərləri aşıb qovuşarıq Gəl, həsrət bitirməmiş məni Hər bir saniyə il kimi Sən uzaqsansa Mesajlarla duymaq olmur ətrini Yoxdur maneə, biz ikimiz Şəhərləri aşıb qovuşarıq Gəl, həsrət bitirməmiş məni Hər bir saniyə Sən uzaqsansa Yoxdur maneə Gəl Şəhərləri aşıb qovuşarıq