Fikirləş ki, bitməz gecələr Fikirləş ki, açılmaz səhər Fikirləş ki, daha qapını döyən olmayacaq Boşalıbdır bu şəhər Fikirləş ki, tək darıxırsan Fikirləş ki, daim qorxursan Fikirləş ki, kimisə axtarırsan Amma heç vaxt tapmayacaqsan Sən çox qaçdın, qapandın içinə Tərk edildin, olmadı vecinə İradənin gücünə arxayındın Amma bilmirdin, düşmək var düyünə Bu günə gətirən özünü özünsən Düzünə qalanda, özünə dözürsən Atdığın addımların yaradıb suallar İndi təklikdə çözürsən Fikirləş ki, geri qayıda bilərsən Fikirləş ki, odu soyuda bilərsən Fikirləş ki, qəbul olundun De görüm, hikkəni uda bilərsən? Fikirləş ki, fikirləşmədən yaşamaq mümkündür Nə qədər düzgündür? Elə də fərqi yoxdur! Əsas odur ki, həyatın bir günlükdür Daha heç vaxt boğulmayacaqsan Günahlarınla, savablarınla Daha səni heç vaxt, heç nə sıxmayacaq Sıfırlanıbdır karma Yalanlar, davalar oxunulur ancaq kitabdan Sətirlər çox xoşa gələn olub Sətiraltılar çıxıbdır cavabdan Səni sevirlər əvəzsiz Sən heç nədən olmursan həvəssiz İstədiyin hər şeyi edə bilirsən Yardım əlsiz, köməksiz Elə bir şey yoxdur ki Sən onu düşünəndə belə qorxasan Utopiya nə qədər xoş olsa da Ayılırsan bir gün yuxudan Sən çox qaçdın, qapandın içinə Tərk edildin, olmadı vecinə İradənin gücünə arxayındın Amma bilmirdin, düşmək var düyünə Bu günə gətirən özünü özünsən Düzünə qalanda, özünə dözürsən Atdığın addımların yaradıb suallar İndi təklikdə çözürsən Sən çox qaçdın, qapandın içinə Tərk edildin, olmadı vecinə İradənin gücünə arxayındın Amma bilmirdin, düşmək var düyünə Bu günə gətirən özünü özünsən Düzünə qalanda, özünə dözürsən Atdığın addımların yaradıb suallar İndi təklikdə çözürsən