Kishore Kumar Hits

BADCLAUSE - Yanımda Qal текст песни

Исполнитель: BADCLAUSE

альбом: Sonuncu Səhifə


Yar, canım dərd çəkir, yenə birtəhər oluram mən
Nəfəs-nəfəsə qalır bədənim, qan tər oluram mən
Bir gecə yuxu getmir gözünə, o gecə səhər oluram mən
Kimləsə gözəl keçir günün, o günə zəhər oluram mən
Bəzən sükuta səs, səs-küyünəsə bəs oluram mən
Bezirsən hər kəsdən, yad ölkəyə səfər oluram mən
Bu zaman yorur səni, üzünə cizgilər oluram mən
Deyəsən bəxtə xudadır taleh, oyuna zər oluram mən
Qırıram bütün qəlbləri, bir günlük sən oluram mən
Mənsiz alınmır, hər bir xeyrinə şər oluram mən
Kölgəsiz ölürəm zülmətdə, tənha məhv oluram mən
Şeytanın oxu kamandan çıxan günə hədəf oluram mən
Gərginləşirəm hər işində, əşi əsəb oluram mən
Bir gün kefin olmur, soyuq çayına dəm oluram mən
Özgəsiylə qocalırsan, saçında dən oluram mən
Bircə mahnım bəsdir ki, göz yaşına səbəb oluram mən
Yanımda qal mənim, hisslərim daha dərin
Önümdə bir addım var, o yola yola sal məni
Bircə sözün məhv elədi, xəyalımdakı ailəni
Eşqi axtaran tapa bilmir, nə dərdi aləmin?
Yanımda qal mənim, hisslərim daha dərin
Önümdə bir addım var, o yola yola sal məni
Bircə sözün məhv elədi, xəyalımdakı ailəni
Eşqi axtaran tapa bilmir, nə dərdi aləmin?
Hərdən öz içində boğulursan və nəfəs oluram mən
Bağlayıb qara bəxtini arzularına qəfəs oluram mən
Yorur özgələri gözəl ürəyini, keçici həvəs oluram mən
Rədd eliyib gedirsən hisslərimi və əbəs oluram mən
Sıxır eşq intizarı, intiharçün dəniz oluram mən
Sənə bu qədər aşiqkən özgələrinə əziz oluram mən
Həyat çox mürəkkəbləşir, bir o qədər qəliz oluram mən
Əl açırsan duaya, səmalarda məscid oluram mən
Özüm öz dərinliyimdə batıb, özümə qəsd oluram mən
İntihartək ətrin var, içimə çəkib məst oluram mən
Düzdür dərd məndədir, çünki hər axına tərs oluram mən
Gözündən düşür sevgi, səninçün heç kəs oluram mən
Bəlkə, ixtiyarım da yoxdu heç əlini tutmağa
Açıldı basdırdığım hisslərimin qəbri sonradan
Bu küləklər yetmir yanağımdakı nəmi qurutmağa
Artıq cəsarətim belə çatmır səni unutmağa
Yanımda qal mənim, hisslərim daha dərin
Önümdə bir addım var, o yola yola sal məni
Bircə sözün məhv elədi, xəyalımdakı ailəni
Eşqi axtaran tapa bilmir, nə dərdi aləmin?
Yanımda qal mənim, hisslərim daha dərin
Önümdə bir addım var, o yola yola sal məni
Bircə sözün məhv elədi, xəyalımdakı ailəni
Eşqi axtaran tapa bilmir, nə dərdi aləmin?

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

EVE

2021 · сингл

02

2021 · сингл

Похожие исполнители

Xpert

Исполнитель

FTB

Исполнитель

Epi

Исполнитель

Javi

Исполнитель

Noton

Исполнитель

YAP10

Исполнитель

NJ

Исполнитель

RZZA

Исполнитель

AIS

Исполнитель