Yenə həmən sfera, yenə həmən dilemma,
Çıxış yolunu tapmayan yeniyetmə əl atır intahara.
Yar olmaq asansa, yaralıya bir dəfə yar ol,
Hamı düzgün sevgi axtarır, heç kim demir - məndə var o.
Dünya buraxıb özünü, yox çərçivə, yox nə qanun,
... yol çoxdur getməyə, amma yox işıq tutanım.
Dedilər mənə ki, yaz-yarat inan çoxalan dərd azalır,
O qədər şeir yazdı, amma heç gülə bilmədi bu zalım.
Həyat döyüş, udan yoxdur, uduzur hamı.
Mənliyin uduzan insanlar var neynirəm pul uduzanı?
Biləyi bükülməyən kəsi də kimsə pulla vurub uzadır,
Padşah utanmır, icmada qul qızarır.
Düşün, otur, düşün-daşın gör ki, sən busanmı?
Bu qədər əziyyət çəkmişik, səhv eləmişiksə bəs düz hanı?
Popçuların içində ture-luqdan rap usanıb,
Qızdan zaddan yazacam çarpayımda tək uzanıb.
Bizim həqiqətlərimiz ayrı,
Biz bu xülyada qəriblərik.
Bizdən gedən hamı peşman olub yenə geri qayıdır.
... nəsə qəribədir.
Boyayıb gözlərimizi nə yoxdursa var dedilər,
Həqiqət axtarışına çıxanlara yad ünvan dedilər.
Oxu tar, oxu tar dedilər, oxu qurtar dedilər,
Dözə bilmədi Elinalar, tək yol intihar dedilər.
Başa düşmür səhvini, dəyir ağlın küt yerinə,
Efirdə qalmaqal salır, düşür səhər bülleteninə.
Bu ölkədən necə sənət gözləyim axı mən?
Uğur halal deyil, sənətçi verirsə produserinə.
Xeyir üçün, ya şər üçün, axı, susmuşuq nələr üçün?
Vicdan, insaf, ədalət yox, öldürmüşük hər üçün.
Artıq real hip-hop, true yemir innovativ gənclər çün'
Kütlə itirir anlayışını dildə ancaq cənq-cünq.
Tufana bel bağladınız bu badi səbada,
Sizə görə new generation panamera, 90's samakat.
Ayağım qandallıdır, çiyində yük, əlimdə çamadan,
Gedirəm həqiqəti tapmağa, siz sağ, mən də salamat.
Поcмотреть все песни артиста