Mən səni ağlımda dustaq eləmişdim Necə bu qədər tez unuda bildiyimə özüm də inana bilmirəm Xatirələrimizsə canlanır hərdən bir İndidən puç olan arzuların qədir-qiymətin de kim bilər? Kirli əlləriylə pak sevgiyə tilsim yoğurur Dözmərəm özgə birisi öpsün səni, bilsin qoxunu Necә bәladır yoxluğun? Dәrd var mәlhәmi yoxdur Sәnә yazdıqlarımsa sәndәn özgә hәrkәsә toxunur Mәn hәmin adam olaram, әgәr ki, sәn hәmin qız olsan Әlvida sözün yalan, qalan hәr bir sözün düz olsa Yenidən aşiq olaram hər zərrənə, hər cümlənə Amma ki, yoxdur elə möcüzə ötən illəri geri döndərə Yolunda qaçan mən oldum, sonunda sənmi usandın? Əbədi məhəbbətmi, yoxsa ümidlərmi bu sandıq? Dedim ki, yanımda qal, gözümə yaxşı dəymir uzaqlıq Özgә nәfәsə məhkum oldun, o gün әlini buraxdım Dәryalara bağırdım adını Mәn yalvaram, duy imdadımı Gizlәnirәm, gözlәrin axtarmır Әllәrinә toxunan yadlarmı? Eşqin fədakarlığına bax, alır gənc yaşda canı Qiyamətdir rəbbim ahımı duy, köz yaşda yanır! Atdı özünü bədən, tuta bilmədi göz yaşlarını Həyatın qəbahəti bu - gec böyüyüb, tez yaşlanırıq Ruhuma toxunmuşdun, əl izlərinə baş əyirəm mən Əlimdə şeirlərimi, ürəkdə səni daşıyıram mən İki il öncə söz verdik "Beş il sonra ailə quracağıq" Geridə qalan o üç ilin ümidiylə yaşayıram mən Sətirdə qan ağlayırdım, üç nöqtə kəsdi avazımı Gözlərim qəm gölüydü, isti yanağa çəkdin ayazını Qəlbi yerinə qaytar, ölməyib hələ qəbri dayazdır Əllərimin qədrini bil, bu qələm hər qıza yazmır Adı hər misrama ünvandır, bəddi qiraət o Sevgimi yerə atmışdı, peşmandır nəhayət o Uzaqlarda nalə çəkim, göz yaşıyla müşayiәt ol Mәn sәsimә yaxşı baxım, sәn saçından muğayat ol Dәryalara bağırdım adını Mәn yalvaram, duy imdadımı Gizlәnirәm, gözlәrin axtarmır Әllәrinә toxunan yadlarmı?