Mənim sənlə heç xatirəm olmayıbdır, olmayacaq da İnan ki, səmimiyyət gözəl şeydir, olmaya saxta Bu sevgi səmadır və mən yanında parlayan günəş Sən elə bir buluda dön ki, səcdə eləsin üstünə dağlar Yazıram tək sən haqda, şəkillərinə meyil edərək Dalbadal vurar damğanı, darmadağın edər fələk O qədər sifət var ki, içi zibildir üstü bəzək Öldürdüyün ümidlərimin arada bir qəbir üstünə dəy "Gəl evlənək..." deyərdim, amma yaşım azdır Mən səni görüşməyə çağıranda da boş olmazdın Şair yazır həmişə səni yazmasa xoş olmazdı Gərək mənlə yarım qalardın ona-buna qoşulmazdın Qoca dərviş azıb yolunu, bax indi yolsuz Sevgi işarəsi də dəyişməyib qalıbdır sonsuz Bədənimi təmizləyim, qoy bu şeir qanımda donsun Gözləyəcəm həmin kafedə, gəlməsən də canın sağolsun... Onun üzü gülür, amma gözü yol çəkir Yenə bax cibimdə qalıb o şəkil Birgə gəzmişdik yadımda o səki Onun üzü gülür, amma gözü yol çəkir Onun üzü gülür, amma gözü yol çəkir Yenə bax cibimdə qalıb o şəkil Birgə gəzmişdik yadımda o səki Onun üzü gülür, amma gözü yol çəkir Gözümdən axan sənsən, arzularım batan göldür Eşqin ocağı yenicə alovlanmışdı ki, haçan söndü? Düşüncə tər-təmizdi, sevirəm səni pak ürəklə Sənə ac gözlə baxarkən hər beş oğlanın dördü Önümdə soyuq kofe, xatirəmdir gecədən İnan, heç yadımda deyil, dünən gəlmişəm evə neçədə Sevgi təkcə üzünü soldurmur, çöküntü verir içə də Bütün ağrılarımı unutmaqçün bu gecə də yenə içəcəm mən Əlindən gələcək hər bir bəla məndə candan çıxdı Demişdim o vaxtı sənə "Qəlbi gəl al", yaddan çıxdı... Şeirdə varıydı cah-calal, əvəzi yardan çıxdı Tanrı bir üz veribdir sənə, o biri harda çıxdı?! Gəldiyim ayrı məkan və duyduğum səhv ətirdi Gah nala, gah mıxa vurduq və heçnə düz gətirmir 5 əsrlik sevgini 5 dəqiqədə məhv elədin Mənə dedin ki, "Xoş gəlmişdin həyatıma. Xoş get indi!" Onun üzü gülür, amma gözü yol çəkir Yenə bax cibimdə qalıb o şəkil Birgə gəzmişdik yadımda o səki Onun üzü gülür, amma gözü yol çəkir Onun üzü gülür, amma gözü yol çəkir Yenə bax cibimdə qalıb o şəkil Birgə gəzmişdik yadımda o səki Onun üzü gülür, amma gözü yol çəkir