Gözləri açıb onları görməsəm, neynim? Dözməz buna axı mənim heç cür beynim Məndən sənə dəyməz heç cür xeyrim Hər gün sənə görə başqa maska geyinirəm Günün sonunda çıxdın özünün axırına İstəsəm də, qalmaz yarına Gecə həsrət qaldım saçlarına Mənə inan, ol mənə təslim Yoxsa baş verər çox tərslik Bilirəm, yenə aldadır məni o (O-o-o) Qulağıma pıçıldayıb səsləyir Tuturam ağzını ki, day bəsdir Mənim ona marağım yox Olar nə qədər yalan, yalan? Tanrını qarşıma alaram Bilsəm belə, bir də açılmayacaq bu sabah Daşıdığım izlər dönüb olub yara artıq (Yara) Anlamırsan amma Düşüncələr boğur, məni sallayıblar dar ağacından Ruhum baxıb deyir: "Özün elədin, mən neynim?" Gözləri açıb onları görməsəm, neynim? Dözməz buna axı mənim heç cür beynim Məndən sənə dəyməz heç cür xeyrim Hər gün sənə görə başqa maska geyinirəm