Yorulduq, usandıq, Hər gün soruşduq, Günəşli, Aylı səmalardan, Dilsiz ağızsız yollara baxdıq, Yenə görmədik, harda qaldın? Dünyanı bu dərdlərdən qurtaran insan? Hey Ulu Tanrım. Bizi bölüb dillərə, rənglərə yarıbayarı Və ellərə bizi qonaq edən dünya. Hey Ulu Tanrım, nələr biz gördük, Nələr yaşadıq bu həyatda, Sabahları sülhə, əmin-amanlığa Hər an çağıran, harda qaldın? Dünyanı bu dərdlərdən qurtaran insan. Bizi bölüb dillərə, rənglərə yarıbayarı Və ellərə bizi qonaq edən dünya.