Kishore Kumar Hits

Xpert - Basat VS Təpəgöz текст песни

Исполнитель: Xpert

альбом: Akula


Xeyli əski zamanda, vardı bir dağ dumanda,
Aşağısında balaca kənddir, çoxdu orda
Qalanlar.
Biz bu kənddə besspredel hadisələr görmərik,
Təssərrüfat və mal-qaraydı məşğulliyət
Gündəlik.
Sakit əsər külək burda, sakit axar zaman,
Ən ağır iş tapmaq olar, mal-qaralara saman.
Səssizliyə baxma, çoxdu qəribə hadisələr,
Bir gün kəndə Basat adında oğuz igidi gələr.
Şir ürəyli bu cavan oğlan həm də əsl pəhləvan,
Tacirdi, diyar gəzər, satar qılınc, qalxan.
Nəysə, kəndə çatır, bir-iki silah satır,
Neçə günlük yol yorğunu yıxılır orda yatır.
Səhər kimsə çığırır, çadırın önünə yıxılır,
Basat yuxudan oyanır və tez alaçıqdan
çıxır. Öyrənir, ki yaxın dağda bir təpəgöz var,
Hər səhər bu kənd əhlin ətini eliyir nahar.
Basat deyir, adam əti yemək hansı qəlbə
Sığar? Əsəbiləşir, atına minir, tez çapır dağa.
Gəlir görür burda qan sel, su yerinə axır,
Təpəgöz indi çobanı yeyir parçalayıb naxırı.
Basat əl atır torbaya bir dənə ox qoyur yaya,
Atır, amma divə dəyir, düşür, div elə bil, ki qaya.
Elə, ki çönür təpəgöz, baxır, Basatı görür,
Tutur bunu gic gülmək, bir xeyli gülür.
Sonra birdən qaşını çatır, igidi edir seyr, Əyilir,
Ki yaxşı eşitsin, qəzəblə deyir:
- Ə, Məlikməmməd!
- E yoo, Basat.
- Hər nəysə, ondan.
Səni kimi biri keçirdi burdan,
Dedi dəymə kəndimə, doladım kəndirə, basdım təndirə.
-Mənə bax, ə div, bu kəndli nə istəsən verib,
Parçalayar qılınc beyini alnından girib.
Ə, get də ağıllı ol, divin olməyi nağılda olur,
Kənd əhlini hərrəmə çox, qoyun da olur, naxır
Da olur.
Çox da yaxma orda, görürəm üçbucaqdı
Daxman,
Aton-Babon evimi görüb hamısı düşüb dağdan.
Çox da mənim vecimə deyil, xod getməyə
Baxmam,
Üçbucaq dediyin o ev kəllə doldu, axmaq!
- Hə, uzun sözün qısası,
Vardı səndə qisasım, Kəndə xəbər yayılıb hələ, ki təpəgöz
Orda qız asır.
Hər dəfə üzə vurma, tək gözlüyəm!
Tolpani yığ gəl, təpəgöz tək gözləyər!
- Gəl keçək qırağa, görək kim tez özünü
Buraxar,
Boyuma baxma, Basatın önünə durmalısan
Farağat.
- Görürəm ürəklisən, balaca, gəl içəri keçək,
Qızlar odunu qalasınlar, oturaq bir çay içək.
- Aha, gəl keçək.

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

7EDDİ

2021 · Мини-альбом

Похожие исполнители

RIO

Исполнитель

FTB

Исполнитель

Yuhu

Исполнитель

Epi

Исполнитель

RG

Исполнитель

Tibu

Исполнитель

YAP10

Исполнитель

RZZA

Исполнитель

L-Mir

Исполнитель