Kishore Kumar Hits

Alim Qasimov - Dəli Ceyran, Dilkəş, Bana-Bana Gəl текст песни

Исполнитель: Alim Qasimov

альбом: Təbriz Səfəri


Gözəlim, aşiqini salma nəzərdən
Həsrətindən ölürəm, gəl bizə hərdən
Gözəlim, aşiqini salma nəzərdən
Həsrətindən ölərəm, gəl bizə hərdən
Sənə çoxdan vurulub bu dəli könlüm
Neyləyim ki, xəbərin yoxdu xəbərdən
Gəl mənə naz eyləmə, ay dəli ceyran
O qara gözlərinə olmuşam heyran
Gəl mənə naz eyləmə, ay dəli ceyran
O qara gözlərinə olmuşam heyran

Bir dönüb baxmaq ilə, canımı aldın
Məni Məcnun eyləyib çöllərə saldın
Bir dönüb baxmaq ilə, canımı aldın
Məni Məcnun eyləyib çöllərə saldın
Mən inandım sənə öz könülümü verdim
Məni atıb, gedib əğyar ilə qaldın
Gəl mənə naz eyləmə, ay dəli ceyran
O qara gözlərinə olmuşam heyran
Gəl mənə naz eyləmə, ay dəli ceyran
O qara gözlərinə olmuşam heyran

Küfri-zülfün salalı rəxnələr imanımıza
Ey, küfri-zülfün salalı rəxnələr imanımıza
Kafər ağlar bizim əhvali-pərişanımıza

Səni görmək, mütəəzzir görünür böylə ki, əşk
Aaay, aaay, aaay

Səni görmək, mütəəzzir görünür böylə ki, əşk
Sənə baxdıqda dolar dideyi-giryanımıza

Cövrü çox eyləmə kim, aaay, eeey
Cövrü çox, eeey, olmıya nagəh tükənə
Az edib ey, cövrü cəfalər qılıban canımıza, ay əman

Əskik olmaz, ğəmimiz bunca ki, bizdən ğəm alıb

Hər gələn ğəmli gedər, şad gəlib yanımıza
Var hər həlqeyi-zəncirimizin bir ağzı
Müttəsil verməyə ifşa, ğəmi-pünhanımızə
Ğəmi-əyyam, Füzuli
Ğəmi-əyyam, Füzuli
Ğəmi-əyyam, Füzuli, bizə dad etdi
Gəlmişiz əcz ilə dad etməyə sultanımıza
Əman əman, bedad əman, əman eeey
Yüz qızdan birini sevərim
Yolunda canımı verərim
Yüz qızdan birini sevərim
Yolunda canımı verərim
Bana-bana gəl, qaçma gözəl
Bana-bana gəl, qaçma gözəl
Nərdə olsan, atı çaparım, yar
Səni bularım, yar, gəl, gözəlim
Gəl gözəlim, gəl, yosma

Dağlarda məskən sala bilərim
Qəlbini versən, ala bilərim
Öl, desən, vallah, ölə bilərim, gəl
Qaçma məndən, ayrı
Yosma gözəlim, hey
Bana-bana gəl, qaçma gözəl
Bana-bana gəl, qaçma gözəl
Nərdə olsan, atı çaparım, yar
Səni bularım, yar, gəl, gözəlim
Gəl gözəlim, gəl, yosma

Şimşək kim, çağlarım, yanarım
Xanları oduna yaxarım
Şimşək kim, çağlarım, yanarım
Xanları oduna yaxarım
Bana-bana gəl, qaçma gözəl
Bana-bana gəl, qaçma gözəl
Nərdə olsan, atı çaparım, yar
Səni bularım, yar, gəl, gözəlim
Gəl gözəlim, gəl, yosma

Dağlarda məskən sala bilərim
Qəlbini versən, ala bilərim
Öl, desən, vallah, ölə bilərim, gəl
Qaçma məndən, ayrı
Yosma gözəlim
Bana-bana gəl, qaçma gözəl
Bana-bana gəl, qaçma gözəl
Nərdə olsan, atı çaparım, yar
Səni bularım, yar, gəl, gözəlim
Gəl gözəlim, gəl, yosma
Gəl gözəlim, gəl, yosma
Gəl gözəlim, gəl, yosma
Gəl gözəlim, yosma
Gəl gözəlim, gəl, yosma

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители

Xpert

Исполнитель

Yuhu

Исполнитель