Kishore Kumar Hits

Lalə Məmmədova - Bilmədim текст песни

Исполнитель: Lalə Məmmədova

альбом: Vol 4


Bir yelkənəm qəm gölündə batmışam
Qova-qova kədərimə çatmışam
Bəxtim yatıb, yoxsa özüm yatmışam?
Bu fəsil də necə keçdi, bilmədim

Aylarımı, illərimi itirdim
Öz əlimlə payızımı gətirdim
Səadətin qatarını ötürdüm
Bu fəsil də necə keçdi, bilmədim
Səhərimin, axşamımın fərqi yox
Bu fələyin geri dönən çərxi yox...
Görən deyir: "Bəxtəvərin dərdi yox"
Bu fəsil də necə keçdi, bilmədim

Bir gülünü, çiçəyini dərmədim
Necə gəldi, necə getdi bilmədim
Laləsini, nərgizini hörmədim
Bu fəsil də necə keçdi, bilmədim
Səhərimin, axşamımın fərqi yox
Bu fələyin geri dönən çərxi yox...
Görən deyir: "Bəxtəvərin dərdi yox"
Bu fəsil də necə keçdi, bilmədim
Bilmədim, bilmədim...

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители