Sənli keçən günlərimin qədrini heç bilməmisən sən Mənim lal məhəbbətimi kor olmusan, görməmisən sən Əllərimi uzatmışam, gəl demişəm, gəlməmisən sən Dedim ki, bir gün düzələr, amma heç düzəlməmisən sən Son qoyuram bu sevgiyə, istədiyin tək qur həyatını Mənimçün öldün, biləsən, amma yaşa, ölməmisən sən Sən bir ürək qatilisən, gec də olsa dərk edəcəksən Sonra demə ürək dolu sevgini öldürməmisən sən ♪ Mən düşünürdüm ki, sənin ayrılığın bir gecəlikdir Sən demə, mən yanılmışam, son gedişin birdəfəlikdir Günah mənimdir bu yaşda aşiq olub birini sevərkən Bilməli idim ki, amansız fələyin çərxi dönükdür Son qoyuram bu sevgiyə, istədiyin tək qur həyatını Mənimçün öldün, biləsən, amma yaşa, ölməmisən sən Sən bir ürək qatilisən, gec də olsa dərk edəcəksən Sonra demə ürək dolu sevgini öldürməmisən sən Sən bir ürək qatilisən, gec də olsa dərk edəcəksən Sonra demə ürək dolu sevgini öldürməmisən sən