Bir eşq yaşamışdıq, nə yazıq ki, bitdi... Sənə inanmışdım, o inam itdi Biçarə sevgimiz bizi tərk edib, getdi "Əlvida" demişəm sənli günlərə Artıq peşman olsan da, gecdir, gec Xatırlamaq səni istəmirəm heç İllərlə qəlbimlə oynamısan sən De, nə dəyişəcək "möhtacam" desən? İndi dünya üstə bir dünya versən "Əlvida" demişəm sənli günlərə Bir daha dönmərəm qəmli illərə "Əlvida" demişəm sənli günlərə... Bir daha dönmərəm qəmli illərə "Əlvida" demişəm sənli günlərə... ♪ Nə yolumu gözlə, nə də ara məni Artıq bir dünyam var yenidən yeni! Çoxdan qoparmışam bu qəlbimdən səni "Əlvida" demişəm sənli günlərə Artıq peşman olsan da, gecdir, gec Xatırlamaq səni istəmirəm heç İllərlə qəlbimlə oynamısan sən De, nə dəyişəcək "möhtacam" desən? İndi dünya üstə bir dünya versən "Əlvida" demişəm sənli günlərə Bir daha dönmərəm qəmli illərə "Əlvida" demişəm sənli günlərə... Bir daha dönmərəm qəmli illərə "Əlvida" demişəm sənli günlərə... "Əlvida" demişəm sənli günlərə... "Əlvida" demişəm sənli günlərə...