Yorulmaram, min yol desəm "Gözəllərin gözəlisən" Təravətin solsa belə Yenə mənim qəlbimdəsən Tale məndən üz çevirsə Aramıza sipər çəksə Həyatıma qəsd eyləsə Can bir cisim, ruh əbədi Sən ruhumun eşq məbədi Ölüm demək heç bir nədir Qərinələr ötsə belə Neçə illər keçsə belə Hicran məni üzsə yenə Mənim qəlbimdəsən Neçə gözəl görsəm belə Neçə eşqə düşsəm yenə Səndən gözəl olsa kimsə Yenə mənim, yenə mənim qəlbimdəsən Yenə də sən... ♪ Yanılmaram, əgər desəm "Eşq dünyamın əzəlisən" İllər boyu görməsəm də Yenə mənim qəlbimdəsən Tale məndən üz çevirsə Aramıza sipər çəksə Həyatıma qəsd eyləsə Qorxum yox ki, ölüm haqdır Can çıxsa da, ruh yaşayır Bir halda ki, ruhum sağdır... Qərinələr ötsə belə Neçə illər keçsə belə Hicran məni üzsə yenə Mənim qəlbimdəsən Neçə gözəl görsəm belə Neçə eşqə düşsəm yenə Səndən gözəl olsa kimsə Yenə mənim, yenə mənim qəlbimdəsən Yenə də sən...