Günlərin birində bir duyğu dirilir Çox üzdüyün bir insanın qədri bilinir O varmı yoxsa yox, olarmı yoxsa gecdir artıq? Xatırlanır hər bir anı, qəlbi isidir İnsan niyə sevmək üçün öncə itirir? O varmı yoxsa yox, olarmı yoxsa gecdir artıq? Divarları yıxarmı sevgi əhv edib günahları? Olarmı tanrı unutsun bu ahları? Olarmı buraxaq silahları? Qürurum yenə qəlbimi yoxlar İçi sevgidi, çölündə yox var Sən cəhd elə gəl, yenə qorxma Bəlkə də olar Qürurum yenə qəlbimi yoxlar İçi sevgidi, çölündə yox var Sən cəhd elə gəl, yenə qorxma Bəlkə də olar ♪ İllər ötdükcə bəlkə yaralar qapanar İmkansız duyğularla qəlbim çabalar O varmı yoxsa yox, olarmı yoxsa gecdir artıq? Bəlkə yenə görsəm onu, qəlbim dayanar Bəlkə toxunar ruhuma, sevgim oyanar O varmı yoxsa yox, olarmı yoxsa gecdir artıq? Divarları yıxarmı sevgi əhv edib günahları? Olarmı tanrı unutsun bu ahları? Olarmı buraxaq silahları? Qürurum yenə qəlbimi yoxlar İçi sevgidi, çölündə yox var Sən cəhd elə gəl, yenə qorxma Bəlkə də olar Qürurum yenə qəlbimi yoxlar İçi sevgidi, çölündə yox var Sən cəhd elə gəl, yenə qorxma Bəlkə də olar