Sənsizəm, sənsizəm gözlərimdən Yaş düşən gecələrdə, gecələrdə Yorularaq, yorularaq yastığa baş düşən gecələrdə Gecələrdə Gələn yox, qapı bağlı Çaşır adamın ağlı, adamın ağlı Axşamları qayğılı, boş düşən gecələrdə Göy üzü dama-dama Ulduzlar damla-damla Dözmək olmur başıma Daş düşən gecələrdə Göy üzü dama-dama Ulduzlar damla-damla Dözmək olmur başıma Daş düşən gecələrdə Mən yuxusuzam növbəti payız gecəsi Qəlbim daş dəymiş pəncərə şüşəsi Odlu dodaqlar isitmir buzlu nəfəsi Çatdırır külək yarpaqlarla incə səsi O səs danışır daş düşən gecələrdən Gözyaşıyla mənsiz qaldığı küçələrdən İlk görüş yerimizdə donmuş kürsülərdən Bizi ayıran, keçilməz beton körpülərdən Saniyələrdən, dəqiqələrdən, saatlardan Sənsiz açılmayan, uçmayan qanadlardan Cavabsız qalan çoxsaylı suallardan Son sözünlə tikdiyin sərt divarlardan İstərdim gəlim, gələn yox, qapım bağlı Səni saxlamağa, inan, çatmadı ağlım Ürək dağılıb, köynəyimin altında şəklin İndi öpüşən küçələrdə ağrılı təklik Qırmaram, qırmaram ümidimi Gözləyərəm mən səni, səni Sınıq vaqonlar kimi Sınıq vaqonlar kimi (Mən səni sevirəm hələ də, canım mənim) Ötüşən gecələrdə orada adın yazılıb Sahil qumu qızılı, ləpələr nazlı-nazlı Öpüşən gecələrdə Qara hərflərlə sevgi sözünü yazdıq Uçurub göy üzünə, baxıb həyatda azdıq Qısqanclıq hislərini şeytana satdıq İndi təkəm, otaq gözyaşında yastıq Bəlkə, deyəsən, unudum səni necə? Sevgi durna deyil, payızda köçə Susma, danış, son söz denən sadəcə Bizi ayırır gözü yumulu gecə Göy üzü dama-dama Ulduzlar damla-damla Dözmək olmur başıma Daş düşən gecələrdə Göy üzü dama-dama Ulduzlar damla-damla Dözmək olmur başıma Daş düşən gecələrdə Göy üzü dama-dama Ulduzlar damla-damla Dözmək olmur başıma Daş düşən gecələrdə Göy üzü dama-dama Ulduzlar damla-damla Dözmək olmur başıma Daş düşən gecələrdə