Cəsus olsaydı əgər, verərdi xəbər Nigar Bunda olsaydı xətər, Nigar eylərdi xəbər Gözləyir o yar məni, gözləyir Nigar məni Düşdü yadıma Nigar, getdi əldən ixtiyar Sən çək orda min cəfa Biz görək burada səfa Gəl, Nigarım... ♪ Sevdim səni mən, ey Nigarım Rəna gözəlim, şən baharım Sevdim səni, canan! Lakin zülmükar xan Xalqın qatil düşməni əsir etmişdir səni ♪ Səndən müşküldür ayrı düşmək Lakin çətindir bu görüşmək Oldum bu yolda mən Öz-özümə düşmən Ayrı düşdüm səndən mən Ayrı düşdüm səndən mən, hey! Səndən mən, hey! Səndən mən, hey! Səndən ♪ Dönmərəm bu yoldan Xof etmərəm səndən Mən səndən dönmərəm, ölərəm Keçərəm canımdan ♪ Ölsün düşmən, bu üsyandan Qurtarmasın yaxasın Dağılsın kainat, kainat Dəyişsin bu aləm, bu həyat Bu aləm sevgilər, məhəbbət Yaratsın, yaratsın, hey! Sevdim səni mən, ey Nigarım Rəna gözəlim, şən baharım Sevdim səni, yarım Sənsən mənim canım Olmaz özgə sevgilim səndən qeyri Səndən qeyri Səndən ayrı Düşdüm, Nigar